Super Liqa klubunda iki ayrılıq

Türkiyənin “Fatih Karagümrük” klubu Caner Erkin və Burak Bekaroğlu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Caner Erkin 2021-ci ilin sentyabrında “Fənərbaxça”dan ayrılaraq “Fatih Karagümrük”lə müqavilə bağlamışdı. Bu mövsüm sözügedən komandada 12 oyuna çıxan sol cinah müdafiəçisi, 6 məhsuldar ötürmə müəllifi olub. 34 yaşlı futbolçu İstanbul təmsilçisində bütövlükdə 43 oyuna 1 qol vurub, 10 məhsuldar ötürmə verib. O, “Manisaspor”, ÇSKA (Moskva, Rusiya), “Qalatasaray”, “Fənərbaxça”, “İnter” və “Beşiktaş”ın da formasını geyinib. Təcrübəli futbolçu Türkiyə millisində də 63 oyun keçirib, 2 qol vurub.

Burak Bekaroğlu da 2021-ci ilin yayından “Fatih Karagümrük”ün uğurları üçün çalışırdı. 25 yaşlı stopper burada 35 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button