“Sumqayıt”ın rəqibi növbəti sınaq matçından da qələbə ilə ayrıldı

“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Çukariçki” növbəti yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Serbiya təmsilçisi Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşıb. Görüş “Çukariçki”nin 2:1 hesablı qələbəsiylə başa çatıb. “Çukariçki”nin qollarını Corce Yovanoviç və Marko Donçiç vurub.

“Çukariçki” bundan əvvəlki yoxlama matçında Rusiyanın “Arsenal” komandasını 3:1 hesabıyla məğlub etmişdi.

“Çukariçki” “Sumqayıt”la ilk oyununu iyulun 22-də Serbiyada keçirəcək. Cavab görüşü isə iyulun 29-da Sumqayıtda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button