“Sükan”ı “antiböhran mütəxəssisi”nə tapşırmağa hazırlaşır – Premyer Liqa klubu

İngiltərə millisinin keçmiş baş məşqçisi Sem Ellardays yaxın zamanda “Lids”in “sükanı arxasına” keçə bilər.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, klub rəhbərliyi Ellardaysı mövsümün sonuna kimi müvəqqəti namizəd kimi nəzərdən keçirir. Ellardays güclü antiböhran mütəxəssisi kimi tanınır. “Lids” rəhbərliyi ümid edir ki, təcrübəli məşqçi komandaya Premyer Liqada qalmağa kömək edəcək.

Ellardaysın son iş yeri “Vest Bromviç” olub. O, karyerası ərzində “Bolton”, “Nyukasl”, “Blekbern”, “Vest Hem”, “Sanderlend” və “Everton”la işləyib. Ellardays İngiltərə yığmasına da rəhbərlik edib. Milli komanda onun rəhbərliyi altında cəmi bir oyun keçirib (Slovakiya ilə matçda 1:0 hesablı qələbə). Ellardays bu posta təyin olunduqdan iki ay sonra qalmaqala görə milli komandadan qovulub.

Məlumatda bildirilir ki, “Lids”in hazırkı çalışdırıcısı Xavi Qarsiya qeyri-qənaətbəxş nəticələrə görə yaxın günlərdə istefaya göndəriləcək.

“Lids” Premyer Liqada 34 oyundan sonra 30 xalla 17-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button