Luis Suares Braziliyada mövsümün ən yaxşısı seçilib

“Qremio”nun hücumçusu Luis Suares 2023-cü il mövsümündə Braziliya çempionatının ən yaxşı oyunçusu seçilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu “qızıl top” mükafatı alıb. Suaresə mükafatı Uruqvay millisinin sabiq müdafiəçisi Dieqo Luqano təqdim edib.

36 yaşlı hücumçu 2023/24 mövsümündə 33 matçda 17 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button