Stuxlikə daha bir beynəlxalq təyinat

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik yeni təyinat alıb.

Komanda.az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq.

Bu qrupda Türkiyə, Bolqarıstan, Monteneqro və Ermənistan komandaları mübarizə aparacaq. Oyunlar noyabrın 12-dən 20-dək Türkiyənin Antalya şəhərində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button