“Ştutqart” heç-heçə, “Şalke” məğlubiyyətlə başladı

Almaniya Bundesliqasında 1-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Ştutqart” doğma meydanda “Leypsiq”lə qarşılaşıb. Komandalar bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Günün və turun son matçında isə “Köln”lə “Şalke” üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbə qazanıblar.

Almaniya Bundesliqası
1-ci tur
7 avqust

Ştutqart – Leypsiq 1:1
Qol
: Ahamada, 31 – Nkunku, 8.

Köln – Şalke 3:1
Qol
: Kilian, 49. Kaynts, 62. Lyubiçiç, 80 – Bulter, 76.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button