“Atletiko”nun yeni rekordçusu

“Atletiko” İspaniya La Liqasının 16-cı turunda “Vilyarreal”la qolsuz bərabərə qalıb.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmada Madrid təmsilçisinin futbolçusu Yan Oblak rekorda imza atıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belə ki, Oblak “Atletiko” tarixində La Liqada ən çox “quru oyun” keçirən qapıçı olub. Sloveniyalı qapıçı 169 liqa matçının 96-da qapısını toxunulmaz saxlayıb. O, 95 “quru oyun” rekordu olan keçmiş qapıçı Abel Resinonu keçib.

Oblak “Atletiko”da keçirdiyi oyunların 56 faizində “çərçivə”sini qoruya bilib.