Şota Arveladze koronavirusa yaxalandı

Özbəkistanın “Paxtakor” klubunun baş məşqçisi Şota Arveladze koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə gürcü mütəxəssis sosial şəbəkə hesabında məlumat yayıb.

Özbəkistanın Super Liqa təmsilçisinin çalışdırıcısı hazırda özünü yaxşı hiss etdiyini və karantində olduğunu diqqətə çatdırıb. O, səbirsizliklə növbəti testin nəticəsinin mənfi çıxmasını gözlədiyini bildirib.

Şota Arveladze 2017-ci ildən “Paxtakor”u çalışdırır.