Demba Banın yeni klubu açıqlandı – rəsmi

Son olaraq Türkiyənin “Başakşəhər” klubunda çıxış edən Demba Ba karyerasını İsveçrədə davam etdirəcək.

Komanda.az xəbər verir ki, 36 yaşlı hücumçu “Luqano” klubuna keçib. Bu barədə İsveçrə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Demba Ba ilə bir illik müqavilə imzalanıb.

Demba Ba karyerası ərzində daha əvvəl İngiltərədə “Vest Hem”, “Nyukasl”, “Çelsi”, Türkiyədə “Beşiktaş”, “Göztəpə” və “Başakşəhər” klublarında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button