Jardimin yeni iş yeri açıqlandı

Son olaraq Fransanın “Monako” komandasında baş məşqçilik edən Leonardo Jardimin yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal”ı çalışdıracaq. Bu barədə italyan jurnalist Fabritsio Romano özünün “tvitter” hesabında paylaşım edib. O, Jardimin “Əl Hilal”la müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalayacağını bildirib.

Jardim son olaraq “Monako”nu çalışdırıb. Portuqaliyalı mütəxəssis 2019-cu ilin dekabrından işsizdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button