“Son dünya səviyyəli oyunçudur” – “Tottenhem”in baş məşqçisi

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu komandanın yarımmüdafiəçisi Son Hın Min haqqında fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, avstraliyalı baş məşqçi çox şeyin cənubi koreyalı futbolçudan asılı olduğunu bildirib:

“Son dünya səviyyəli oyunçudur. Əminəm ki, o, karyerasını bitirdikdə Premyer Liqanın ən böyük oyunçularından biri kimi tarixə düşəcək. O, superulduzdur və ondan çox şey asılıdır. Cənubi Koreya millisində oynamaq üçün dünyanın o biri tərəfinə də getməyə hazırdır. Bu, ona hörməti artırır”.

Son 2015-ci ildən London klubunda çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə 401 matçda iştirak edib, 160 qol vurub və 83 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button