“Olimpiya”nın baş məşqçisi “Neftçi” ilə oyundan danışdı: “Nəticədən razı ola bilərəm”

Sloveniyanın “Olimpiya” komandasının baş məşqçisi Savo Miloşeviç “Neftçi”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, Lyublyana təmsilçisinin mətbuat xidmətinə danışan Miloşeviç, 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Neftçi” ilk yoxlama oyunu üçün çətin rəqibdir. Lakin nəticədən razı ola bilərəm. Uşaqlar yaxşı xarakter göstərdilər və məşqlərdə etdiyimiz taktiki şeyləri həyata keçirməyi bacardılar. Vaxtımız azdır, əsasən fiziki hazırlıq üzərində çalışırıq.

Bu oyuna fiziki hazırlığımızın bir hissəsi kimi baxıram. Futbolçularım əla iş gördülər. Əlbəttə, hələ düzəldilməsi lazım olan çox şey var. Mənim üçün vacib olan komandamın bu səhvləri düzəltmə gücünə sahib olmasını görməkdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button