
Slotun “Liverpul”dakı gələcəyi qeyri-müəyyəndir
“Liverpul”da baş məşqçi dəyişikliyi gündəmə gələ bilər. Komandanın hazırkı çalışdırıcısı Arne Slotun gələcəyi Premyer Liqadakı qeyri-sabit nəticələr fonunda sual altına düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” mövsümün sonunda UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə və heç bir titul əldə etməsə, niderlandlı mütəxəssis postundan göndərilə bilər.
Slotun mümkün əvəzləyicisi kimi isə Xabi Alonsonun adı çəkilir. İspaniyalı mütəxəssis vaxtilə “Liverpul”un formasını geyinib və yanvarın ortalarında “Real”dakı postundan ayrılıb.
Mersisayd təmsilçisi hazırda İngiltərə çempionatında turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb və ilk dördlük uğrunda mübarizəni davam etdirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



