“Qarabağ”ın rəqibinin baş məşqçisi onun satılmasına qarşı çıxıb

“Liverpul”un baş məşqçisi Arne Slot ötən yay Luis Diasın satışına qəti şəkildə qarşı çıxıb.

Komanda.az “Caught Offside”-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssisin fikri nəzərə alınmayıb və klubun idman direktoru Riçard Hyus transferə “yaşıl işıq” yandırıb.

“Liverpul” kolumbiyalı futbolçunu iyulda “Bayern”ə 70 milyon avroya satmışdı. Dias Almaniyaya sürətli şəkildə uyğunlaşıb və Vensan Kompaninin komandasında yüksək performans göstərir: 18 matçda 11 qol, 5 məhsuldar ötürmə.

Buna qarşılıq olaraq “qırmızılar”ın yayda etdiyi bahalı transferlər hələlik gözləntiləri doğrultmur. Komanda mövsümü uğursuz keçirir və mətbuatda artıq Slotun istefası ilə bağlı fikirlər güclənir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button