Slot Salahı niyə ehtiyatda saxlayıb?

“Liverpul”un baş məşqçisi Arne Slot Premyer Liqanın 13-cü turunda “Vest Hem”lə keçirilən görüşdə Məhəmməd Salahı ehtiyatda saxlamasının səbəbini izah edib. Mersisayd klubunun 2:0 hesablı qələbəsi ilə bitən matçda misirli hücumçu oyuna sonradan daxil olub.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı bu kimi qərarların bəzən zəruri olduğunu bildirib:

“Bu barədə məndən artıq soruşublar. Florian Virts, Aleksander İsak, Huqo Ekitike və ya Məhəmməd Salah kimi futbolçular ehtiyatda qalanda bu suallar təbii olaraq yaranır. Amma unutmaq olmaz ki, Salah bu klubda inanılmaz karyera qurub və onu daha parlaq gələcək gözləyir. Çünki o, fantastik futbolçudur. Qarşımızda 10 gün ərzində dörd oyun var və mənim sərəncamımda cəmi 14–15 meydan oyunçusu”.

O, əlavə edib ki, rəqibin oyun üslubu da qərara təsir göstərib:

“Vest Hem”in sağ cinah müdafiəçisi daim hücuma qoşulur, vinger isə mərkəzdə oynayır. Mənə elə gəldi ki, Salahı ehtiyatda saxlamaq bu matç üçün komandaya kömək edəcək”.

“Liverpul” hazırda 13 turdan sonra 21 xalla Premyer Liqada turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Komanda “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button