
Slot: “Qarabağ”a qarşı yaxşı hazırlaşmışıq, qələbə qazanmaq istəyirik”
“Liverpul”un baş məşqçisi Arne Slot “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 8-ci turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, niderlandlı mütəxəssis sabahkı matça yaxşı hazırlaşdıqlarını deyib:
“Çempionlar Liqasının liqa mərhələsini ilk dördlükdə bitirməyi planlaşdırırıq. “Qarabağ”a qarşı yaxşı hazırlaşmışıq, qələbə qazanmaq istəyirik. Amma heyətdə zədəli futbolçularımız var. “Bornmut”a qarşı matçda əsas heyətin 11 futbolçusuna şans verməyə bilməzdim. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında keçirdikləri son matçda bunu edib. Eyni şeyi mən təkrarlaya bilməzdim”.
“Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-də, saat 00:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



