Şirerdən “Liverpul” haqda açıqlama

İngiltərə millisinin sabiq oyunçusu Alan Şirer “Liverpul”un cari UEFA Çempionlar Liqasındakı çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Liverpul”un turnirdə irəliləyə bilməyəcəyi halda, yenidən sabitliklə bağlı suallar yaranacağını bildirib:

“Liverpul” turnirdə daha irəliləyə bilməsə, yenidən sabitliklə bağlı suallar yaranacaq. Amma onlar hələ də turnirdə iştirak edirlər və kim olduqları, nəyi təmsil etdikləri sayəsində güclü komandadırlar. Hər hansı rəqiblə oyunlarda parlayaraq fərqlənə bilərlər”.

Mersisaydlılar Çempionlar Liqasının 1/8 final mərhələsində “Qalatasaray”ı ümumi hesabla 4:1 məğlub ediblər. Arne Slotun komandası 1/4 finalda PSJ ilə qarşılaşacaq.

“Qırmızılar” hazırada 49 xalla İngiltərə Premyer Liqasında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button