Simeone 7:0-lıq qələbə haqda: “Fərqimiz rəqəmlərdə özünü göstərir”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 3-cü turunun “Rayo Valyekano” ilə matçından sonra (7:0) danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, böyükhesablı qələbə haqda bunları deyib:

“Komandama çox güvənirəm. Fərqimiz rəqəmlərdə özünü göstərir. Bütün futbolçularımın oyunda maksimum zaman qazanması üçün çalışacam”.

Madrid təmsilçisi hazırda ölkə çempionatının turnir cədvəlində 7 xalla ikincidir. Onlar növbəti turda evdə “Sevilya”nı qəbul edəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button