“Simeone ata, dost kimidir”

“Atletiko”nun sabiq futbolçusu Felipe Luis Madrid klubunun baş məşqçisi Dieqo Simeone ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Luis, Simeonenin məşqçi keyfiyyətlərini dəyərləndirib:

“Simeone hər məşqdə komandadan maksimumunu tələb edir. Onunla çalışanda hər şey ən yüksək səviyyədə olur. Futbolçularla yola getməkdə çətinlik çəkir. Futbolçuların xarakteri ilə işləmək onu yorur, amma o, bunu bacarır. Simeonenin futbolçularla əla anlaşdığını deyə bilmərəm, amma o, birlikdə çalışdığım ən yaxşı məşqçilərdən biridir. O, ata, dost kimidir. Simeone gördüyü işə çox inanır”.