İddia: La Liqa klubu Sampaoli ilə anlaşıb

İspaniyanın “Sevilya” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

O, bildirib ki, “Sevilya” argentinalı Xorxe Sampaoliyə tapşırılıb. 62 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanacaq. O, bu postda Xulen Lopeteqini əvəzləyib.

Sampaoli daha əvvəl də bu komandaya başçılıq edib. “Sevilya” 2016/2017 mövsümündə onun rəhbərliyi ilə La Liqada 4-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.

Argentinalı mütəxəssis son olaraq Fransa “Marsel”inin baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button