“Sonda bunun nəticəsini gördük” – Munir Əl-Həddadi

“Sevilya”nın futbolçusu Munir Əl-Həddadi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşdıqları oyun haqda fikirlərini bildirib.

Komanda.az “Sevilya”nın saytına istinadən xəbər verir ki, komandasının 2-ci qolunu vuran ispaniyalı hücumçu, 3:0 hesabıyla qələbə qazandıqları oyunla bağlı bunları deyib:

“Gözəl qol oldu, komanda ilə birgə gördüyüm işi davam etdirirəm. Üzərimdə çalışıb komanda üçün daha yaxşısını edəcəm. Son dəqiqələrdəki mübarizəni xüsusilə vurğulaya bilərəm. Sonda bunun nəticəsini gördük.

Rəqibin qapıçısı çox ucaboydur. Zərbənin qol olub-olmayacağını bilmirdim. Sonda aşırma zərbəsi vurmağı qərar verdim və fərqlənməyi bacardım. Müdafiəçilərimiz mükəmməl oynadılar. Biz məşqdə buna hazırlaşırdıq.

Komandamız oyundan-oyuna daha yaxşı nəticələr göstərir. Bu görüşü unudub, bazar günü “Real”a qarşı olan matçı düşünüb, üç xal qazanmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button