“Azərbaycan millisini məğlub edəcəyik” – Tadiç

Serbiya milli komandasının futbolçusu Duşan Tadiç açıqlama verib.

Komanda.az xəbər verir ki, yerli mətbuata danışan 33 yaşlı hücumçu, DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanı məğlub edəcəklərini deyib:

“Lüksemburqla oyunu (1:0) unutmalıyıq. Yaxşı və ya pis, üç xalı qazandıq. Azərbaycan millisini məğlub edəcəyik və Portuqaliyaya qarşı final oyununa hazırlaşacağıq”.

Sabah keçiriləcək Serbiya – Azərbaycan matçı saat 22:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button