“Düzünü desəm, mən indiyə qədər heç vaxt finalda olmamışam”

“Mançester Siti”nin yeni hücumçusu Antuan Semenyo İngiltərə Liqa kubokunun finalında “Arsenal”la qarşılaşmanı səbirsizliklə gözləyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qanalı futbolçu bunun inanılmaz olduğunu bildirib:

“Bu, inanılmazdır. Düzünü desəm, mən indiyə qədər heç vaxt finalda olmamışam. Yüksək səviyyəli komanda ilə əla final olacaq. Hər bir futbolçu bu anları xəyal edir. Bu reallıqda yaşadığım üçün şanslıyam”.

“Mançester Siti” Liqa kubokunun yarımfinalında “Nyukasl”ı, “topçular” isə “Çelsi”ni məğlub edib. “Arsenal” və “Mançester Siti” arasındakı həlledici oyun martın 22-də, saat 20:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button