“Real”ın futbolçusu keçmiş klubuna qayıtmaq istəyir

“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos yay transfer dövründə komandanı tərk edə bilər.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu mövsümün sonunda ayrılmağa hazırdır və doğma klubu “Betis”ə qayıtmağa üstünlük verir.

Sevilyalılar üçün əsas problem “kral klubu”nun müəyyən etdiyi transfer qiyməti ola bilər. Belə ki, “Real” 29 yaşlı futbolçu üçün 15 milyon avro tələb edir. Halbuki, Sebalyosun müqaviləsinin müddəti gələn il başa çatacaq.

O, cari mövsümdə Madrid təmsilçisinin heyətində 22 oyunda iştirak edib, fevraldan etibarən isə zədə səbəbindən yaşıl meydanlardan uzaqdır.

Sebalyos 2014-2017-ci illərdə “Betis”in formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button