Savo Miloşeviç “Neftçi” ilə heç-heçəni şərh etdi – VİDEO

Sloveniyanın “Olimpiya” (Lyublyana) komandasının baş məşqçisi Savo Miloşeviç Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, ötənlərin məşhur futbolçusu 1:1 hesabıyla başa çatan matçdan sonra “Neftçi TV”yə açıqlamasında bunları söyləyib:

“Artıq başqa peşədəyəm, fərqli iş görürəm. Avropanın 3 böyük çempionatında oynamışam. Bununla qürur duyuram. Bu komandadakı işimə yeni başlamışam. Cəmi bir həftədir məşqlər edirik. Buna görə hətta öz komandamın futbolçularını yaxşı tanımıram. Oyunçularım yorğun idilər. Ona görə iki fərqli heyətlə çıxış etdik. Əslində toplanışın ilk günlərində belə güclü komanda ilə qarşılaşmağı sevmirəm. Amma nə etmək olar? Bu görüş mənim təyinatımadək danışılmışdı. “Neftçi” çox keyfiyyətli, səviyyəli oyunçulardan qurulmuş komandadır. Sevinirəm ki, sonadək dözə bildik. “Neftçi”nin heyətində Yusuf Lavalın oyunu daha çox xoşuma gəldi”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button