
“Santyaqo Bernabeu”da 10 illik “tilsim” qırıldı
Ronald Arauxo son 10 ildə “Santyaqo Bernabeu”da “Real”a künc zərbəsindən sonra başla qol vuran ilk “Barselona”lı müdafiəçi olub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sonuncu dəfə 2012-ci ildə, kral kuboku matçında (2:1) “Real”a başla qol vuran “Barselona”nın keçmiş müdafiəçisi Karles Puyol olub. Həmin qolun ötürməsini “Barsa”nın hazırkı baş məşqçisi Xavi etmişdi.
Dünən “Santyaqo Bernabeu”da keçirilən oyunda “Barselona” “Real”ı 4:0 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin