1-ci Liqanın mərkəzi oyunu FİFA referisinə tapşırıldı

Futbol üzrə 1-ci Liqada 23-cü turun təyinatları müəyyənləşib.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, turun mərkəzi oyununu FİFA referisi Elçin Məsiyev idarə edəcək. O, “Qaradağ Lökbatan” – MOİK matçında söz sahibi olacaq.

Qaradağ təmsilçisi 48 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. “Hərbçilər” isə 41 xalla dördüncüdür.

1-ci Liqa, 23-cü tur

25 aprel

“Araz Saatlı” – “Karvan”
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Zakir Şükürzadə, Mahmud Bağırzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Saatlı OİK stadionu, 15:30

“Qaradağ Lökbatan” – MOİK
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Lökbatan OİK stadionu, 16:00

“İmişli” – “Zaqatala”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Samir Qaracayev, Səbuhi Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Asif Əliyev
H.Əliyev adına İmişli şəhər stadionu, 16:00

26 aprel

“Şamaxı” – “Difai Ağsu”
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Tərlan Talıbazdə, Elvin Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Şamaxı şəhər stadionu, 15:30

“Mingəçevir” – “İrəvan”
Hakimlər: İslam Məmmədov, Rasim Axundov, Mirnihad Seyidov, Murad Səlimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:00

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button