
“Şamaxı”dan növbəti transfer
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komanda.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi “Qəbələ” klubundan Emil Süleymanovu transfer edib. Yarımmüdafiəçi 1+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, “Şamaxı” bunadək Sənan Muradlı, Emin Rüstəmov, Uğur Cahangirov, Ceyhun Bağırzadə, Okan Təhməzli və Hacıəli Şirəliyevi də heyətinə cəlb edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



