“Şamaxı” Azərbaycan millisinə qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, U-21 son matçında Premyer Liqa təmsilçisi “Şamaxı” ilə qarşılaşıb.

“Liv Bona Dea Arena”da baş tutan görüş bölgə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığma komanda toplanış çərçivəsində ilk yoxlama oyununda 1-ci Liqa təmsilçisi “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button