DÇ-2026: Salah Avstraliyaya qarşı oynaya biləcək?

Misir millisinin kapitanı Məhəmməd Salah DÇ-2026-nın qrup mərhələsinin üçüncü turunda İran yığması ilə keçirilən oyunda (1:1) aldığı zədədən sonra tibbi müayinədən keçib.

Komanda.az Misir Futbol Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, 33 yaşlı hücumçuda budun arxa əzələsində (hamstring) problem aşkarlanıb.

Salah yaxın günlərdə daha ətraflı tibbi müayinədən keçəcək. Bundan sonra onun yaşıl meydanlara qayıdacağı tarix dəqiqləşəcək.

Misir millisi qrup mərhələsini 5 xalla ikinci pillədə başa vuraraq, dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. Afrika təmsilçisi 1/16 finalda Avstraliya millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button