Şakiri üzr istədi

İsveçrə yığmasının yarımmüdafiəçisi Xerdan Şakiri DÇ-2022-nin 1/8 finalında Portuqaliyaya məğlub olduqdan sonra (1:6) fikirlərini bölüşüb.

Komanda.az “Blick”-ə istinadən xəbər verir ki, o, nəticəyə görə çox məyus olduğunu bildirib:

“Çox məyus olduq. Nəticəyə görə bütün komanda adından üzr istəyirəm. Həqiqətən, nəyə qadir olduğumuzu göstərə bilmədik. Bu, futboldur. Bəzən birinin səndən üstün olduğunu qəbul etməlisən”.

Şakiri Portuqaliya milli komandasının çıxışını da dəyərləndirib:

“Portuqaliya möhtəşəm oyun nümayiş etdirdi. Məşqçilər bizi oyuna çox yaxşı hazırladılar. Lakin bu dəfə alınmadı. Bizim planımız nəticə vermədi”.

Portuqaliyalılar DÇ-2022-nin 1/4 final mərhələsində Mərakeş yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button