Qurbanov Şahruddini tənqid edənləri təhqir etdi – FOTO

Azərbaycan millisinin keçmiş futbolçusu Ruslan Qurbanov “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevi tənqid edənləri təhqir edib.

Komanda.az xəbər verir ki, futbolçu “feysbuk” hesabında bunları yazıb:

“Dünən “şah şah” qışqırırdılar, bu gün çaqqal kimi hücum edirlər. “Şah” milli və kluba nə qədər xeyir verib, bunu tez yaddan çıxarırsız. Maskanızı çıxarın, sizi çoxdan tanıyırıq”.

Şahruddin Məhəmmədəliyev Çempionlar Liqasının pley-off mərhələsinin “Viktoriya” (Plzen) ilə cavab oyununda (1:2) buraxılan qollara görə günahlandırılır.

Ruslan Qurbanov Azərbaycanda “Neftçi”, “Qəbələ”, “Zirə”, “Sumqayıt” kimi klublarda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button