“Şahdağ Qusar”ın futbolçusu 3 oyunluq cəzalandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda 1-ci Liqanın 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

1-ci Liqada 19-cu turun “Səbail” – MOİK oyununda “Səbail” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” 210 manat cərimə edilib.

“Səbail” – MOİK oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK 210 manat cərimə edilib.

“Səbail” – MOİK oyununda MOİK komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə MOİK 450 manat cərimə edilib.

“Şəfa” – “Şahdağ Qusar” oyununun 26-cı dəqiqəsində “Şəfa” komandasının futbolçusu Xəyal Tomarov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, “Şəfa” 300 manat cərimə edilib.

“Şəfa” – “Şahdağ Qusar” oyununun 90+3-cü dəqiqəsində “Şahdağ Qusar” komandasının futbolçusu Aqostinyo Çipesse təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalanıb, “Şahdağ Qusar” 900 manat cərimə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button