Sadıqovdan Qurban Qurbanovla bağlı paylaşım – FOTO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov maraqlı paylaşım edib.

Komanda.az xəbər verir ki, millinin sabiq kapitanı “vatsapp” tətbiqinin hekayə bölümündə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla eyni kadrda-formada yer aldığı görüntüləri paylaşıb.

Həmin foto isə 2006-cı ildə, Tofiq Bəhramov adına Respublika stadionunda Qurban Qurbanovun vida oyununda çəkilib.

Şəkildə Qurban Qurbanovun qucağındakı uşaq hazırda onun rəhbərliyi altında “Qarabağ”da çıxış edən Musa Qurbanlı, qara gödəkçədə olan şəxs isə məşqçinin böyük qardaşı Musa Qurbanovdur.

Hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanov futbolçu kimi son olaraq “İnter”də (Bakı) oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button