Sabiq futbolçu “Real”ı “yıxıb-sürüdü”

“Real”ın sabiq qapıçısı Santyaqo Kanisares İspaniya kubokunda “Albasete”yə 2:3 hesablı məğlubiyyətdən sonra komandanın turnirdən kənarlaşmasını kəskin tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 1/8 final mərhələsində yaşanan bu uğursuzluğu “tam fiasko” adlandırıb:

“Baş məşqçi Alvaro Arbeloa bunu açıq demək istəməsə də, nəticə dəyişmir. O, bunu etiraf etmək istəmir, amma “Real”ın “Albasete”yə uduzaraq kubokdan çıxması mütləq fiaskodur. O, bu sözdən istifadə etmək istəmir”.

Sabiq qapıçı, Arbeloanın fəlsəfəsinə müəyyən mənada hörmət etdiyini də deyib:

“Mənim xoşuma gəlir ki, Arbeloa deyir: “Qalib gəlmək üçün uduzmaq lazımdır. Uğur qazanmaq üçün dəfələrlə məğlub olmalısan”. Amma bu oyunda baş verənlər sadəcə, gülünc idi. Ümumiyyətlə, bütün həftə ərzində klubun idarə olunması da utancverici idi, elə deyilmi?”

Kanisares sonda vurğulayıb ki, futbolda hər zaman gözlənilməzliklər olur, ancaq səhvlər uğursuzluq ehtimalını daha da artırır:

“Bəzən futbolda hər şeyi düzgün etsən belə, işlər yolunda getməyə bilər. Amma səhvlərə yol verəndə, nəyinsə səhv getmə ehtimalı qat-qat artır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button