
“İndi aydın olur ki, “Real” Çempionlar Liqasında 15 titulu necə qazanıb”
Almaniya millisinin və “Bayern”in sabiq qapıçısı Oliver Kan “Real”ın hakimliklə bağlı narazılığına kəskin münasibət bildirib.
O, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Bayern”lə cavab oyunundan (3:4) sonra Madrid təmsilçisinin reaksiyasını tənqid edib. Qarşılaşmanın sonlarında “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa meydandan qovulmuşdu.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Kan bu vəziyyətlə bağlı bunları deyib:
“Buna son qoymaq lazımdır. Onlar nə vaxta qədər cəzasız qalacaqlar? Nəsə “Real”ın planına uyğun getmirsə, xaos yaranır. Onlar istəyirlər ki, hakimin hər qərarı onların xeyrinə olsun. İndi aydın olur ki, Çempionlar Liqasında 15 titul necə qazanılıb”.
“Real” iki oyunun cəmində “Bayern”ə 4:6 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb.
Bizi Facebook-da izləyin



