Sabiq futbolçu Slota vaxt verilməli olduğunu düşünür

“Real”ın sabiq futbolçusu Stiv Makmanaman UEFA Çempionlar Liqasında PSV-yə 1:4 hesablı ağır məğlubiyyətdən sonra “Liverpul”un baş məşqçisi Arne Slotun gələcəyinə dair fikirlərini bölüşüb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, istefa barədə düşünmək üçün hələ tez olduğunu bildirib:

“İstefa barədə düşünmək üçün hələ tezdir. Bunun gerçək olması üçün komanda Çempionlar Liqasından kənarda qalmalı və Premyer Liqanın alt sıralarına düşməlidir. “Liverpul”un yanvarda “Arsenal”la oyunu var. Məncə, məhz ondan sonra vəziyyətə daha obyektiv qiymət vermək mümkün olacaq”.

“Liverpul” İngiltərə Premyer Liqasında 12 turdan sonra 18 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Slotun komandası “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button