“Messinin azarkeşləri məni sevmir”

Fransalı sabiq futbolçu Patris Evra, Lionel Messi ilə Kriştiano Ronaldo arasında müqayisə aparıb və bir daha keçmiş komanda yoldaşı olmuş portuqaliyalı oyunçunu üstün saydığını bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, vaxtilə “Mançester Yunayted” və “Yuventus” kimi klubların formasını geyinmiş Evra, əsas fərqin istedadda deyil, iş etikası və zəhmətdə olduğunu vurğulayıb:

“İstedad hər kəsdə ola bilər. Məsələ nə qədər çalışmağa hazır olmağındadır. Messinin azarkeşləri məni sevmir, çünki Ronaldonu öz dövrünün ən böyüyü adlandırıram. Əslində, onları müqayisə etməməliyik, amma hər şey iş etikasından asılıdır”.

41 yaşlı Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. 38 yaşlı Messi isə ABŞ təmsilçisi “İnter Mayami”nin şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button