Rəşadla Məqsəd üçün əlamətdar oyun

Azərbaycan Premyer Liqasının 22-ci turunun “Qəbələ” – “Sabah” oyunu iki yubileylə əlamətdar olub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, 0:0 hesabı ilə başa çatan qarşılaşmada “Sabah”ın futbolçuları çempionatda yubiley görüşünə çıxıblar.

İlk dəqiqələrdən meydanda olan Rəşad Eyubov Premyer Liqada 150-ci oyununu keçirib. Bu matçlarda 22 qol vuran yarımmüdafiəçi “Sabah”ın formasındakı 7 görüşdə 2 dəfə fərqlənib. Premyer Liqada 2011/12 mövsümündə debüt edən Rəşad “Simurq”da 77 (13 qol), “Qəbələ”də 25 (3 qol), “Sumqayıt”da 23 (3 qol), “Kəpəz”də 13 (1 qol), “Neftçi”də 5 dəfə meydana çıxıb.

Oyuna sonradan daxil olan Məqsəd İsayev isə 100-cü qarşılaşmasını keçirib. Bu müddətdə 2 qol vuran müdafiəçi, indiki klubunda 19 matçda 1 dəfə fərqlənib. Debütü 2013/14 mövsümünə təsadüf edən futbolçu “Neftçi”də 75, “Keşlə”də 6 (1 qol) görüşün iştirakçısı olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button