“Sabah”ın U-14 komandası beynəlxalq turnirin qalibi oldu

“Sabah”ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilmiş “Antalya City Friendship Cup” beynəlxalq futbol turnirinin qalibi olub.

Komanda.az kluba istinadən xəbər verir ki, Nasir Nəsirlinin baş məşqçisi olduğu komanda qrup mərhələsində Türkiyənin “Manavqat” (4:0), “TSI Academy” (7:1) və “Göztəpə” (6:1) komandalarını məğlub edib.

U-14 yarımfinalda meydan sahibi ölkənin “Kardelenspor” (5:1) komandasını üstələyərək, həlledici matça vəsiqə qazanıb. Final oyununda Azərbaycanı təmsil edən “Young Pro” komandasına 3:0 hesabı ilə qalib gələn “Sabah” turniri çempion kimi başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button