“Sabah”ın qış hazırlıq planı bəlli oldu
“Sabah”ın qış təlim-məşq toplanışı üçün planı bəlli olub.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesinə yanvarın 6-da Bakıda start veriləcək.
Komandanın 12-26 yanvar aralığında Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı nəzərdə tutulub. Murad Musayevin çalışdırdığı kollektiv burada üç yoxlama oyunu keçirəcək. Lakin rəqiblərin kimliyi hələ dəqiqləşməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



