“Sabah”ın qış planı

“Sabah”ın qış hazırlıq planı bəlli olub.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi məşqlərə yanvarın 6-da, Bakıda başlayacaq. “Ağ-göylər” ayın 12-də Türkiyənin Antalya şəhərinə yola düşəcək.

Antalya toplanışı yanvarın 26-na kimi davam edəcək. Türkiyədəki təlim-məşq toplanışı müddətində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

“Sabah”ın rəqibləri hələ bəlli deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button