“Hər zaman demişəm ki, Azərbaycan mənim üçün çox yaxşı seçim olub” – Müsahibə

“Sabah”ın hücumçusu Xulio Sezar Rodriqesin Komanda.az saytına müsahibəsi:

  • Xulio, mövsümün ilk dövrəsini necə dəyərləndirirsən və təlim-məşq toplanışınız necə gedir?
  • Fikrimcə, hələ düzəldəcəyimiz, yaxşılaşdırmalı olduğumuz çox şeylər var. Hazırda hazırlığın ilk həftəsidir, buna görə də, deyəcəyim çox şey yoxdur.
  • “Sabah” Premyer Liqada ən güclü heyəti olan komandalardandır, lakin turnir cədvəlindəki mövqeyiniz tamam fərqlidir. Sonuncu sırada olmağınızın səbəbi nədir?
  • Sonuncu olmağımıza səbəb çoxlu xallar itirməyimizdir, hansılar ki, xal itirməməliydik. Buna baxmayaraq, turnir cədvəlində yuxarıda olan komandalardan çox da geri qalmırıq.
  • Komandanın baş məşqçisi Visente Qomes xal itirilməsinə səbəb kimi hücumda qol vura bilməməyinizi göstərir. Hücumçu olaraq sən bu haqda düşünürsən, niyə qol vura bilmirsiz?
  • Bu mövzuda hər kəsin öz fikri ola bilər. Hər kəsin özünə görə müxtəlif variantları ola bilər. Mən bu haqda fikrimi, rəyimi özümdə saxlayıram.
  • “Sabah”ın hücum xəttində səninlə yanaşı, Ramil Şeydayev, Kevin Kubemba, Ulise Diallo var və heyətə yeni forvard da cəlb olundu. Rəqabətdən çəkinmirsən?
  • Oynadığım bütün komandalarda hər zaman rəqabətdə olmuşam. Hazırda “Sabah”da da digər komanda yoldaşlarımla birgə sağlam rəqabətdəyəm.
  • Premyer Liqadakı hücumçular arasında özünə əsas rəqib kimi görürsən?
  • Hücumçular arasında “Qarabağ”dan Mahir Emrelini xüsusilə qeyd etmək istərdim. O, hər zaman fərqlənməyi bacaran, güclü və yaxşı futbolçudur.
  • 2019-cu ilin yanvarından Azərbaycandasan. Bakıya ilk gəlişini necə xatırlayırsan?
  • Bura gəldiyimdən bəri hər zaman demişəm ki, Azərbaycan mənim üçün çox yaxşı seçim olub. Özümü burda çox rahat və xoşbəxt hiss edirəm.
  • Keçmiş komandan “Zirə” ilə hazırda formasını geyindiyin “Sabah” arasında nə kimi fərqlər var?
  • Şəxsən mənim özüm üçün heç bir fərq yoxdur. Hər iki klubda mənə çox yaxşı münasibət göstəriblər. Hər iki klubda da olanda ətrafımdakı insanlarla yaxşı münasibətim olub. Hazırda bütün komanda yoldaşlarımla münasibətim yaxşıdır, bəziləri ilə də daha çox danışır, vaxt keçirirəm.
  • Geridə qalan müddətdə səninlə maraqlanan klublar olubmu?
  • İnkar etmək istəmirəm, mənimlə maraqlanan klublar var idi, ancaq “Sabah”la olan müqaviləmin sonuna qədər burda qalmaq istədim. Hazırda yalnız komandamın oyunlarına köklənmişəm. Müqaviləmin müddəti bitdikdən sonra bu məsələlər haqda düşünmək olar.
  • Premyer Liqada hədəfləriniz nədir?
  • Mövsümün hələ yarısındayıq. Qışdan sonra hazırda düşdüyümüz vəziyyəti düzəltməkdən başqa çarəmiz yoxdur.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button