“Sabah”ın futbolçusu əməliyyat olundu

Azərbaycan millisinin və “Sabah”ın futbolçusu Namik Ələskərov əməliyyat olunub.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi qasıq nahiyəsindəki yırtığa görə cərrahi müdaxiləyə ehtiyac duyub.

Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurlu keçib.

Həkimlərin rəyinə əsasən, o, təxminən bir ay sonra komanda ilə məşqlərə qoşulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button