“Sabah”ın Çempionlar Liqasındakı 14 mümkün rəqibindən 13-ü bəllidir

Azərbaycan çempionu “Sabah”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki mümkün rəqiblərindən çoxu məlumdur.

Komanda.az xəbər verir ki, turnirin ilk mərhələsində 28 komanda iştirak edəcək və “Sabah” 14 səpələnməmiş klub arasında yer alacaq.

“Bayquşlar”ın qarşılaşa biləcəyi 14 səpələnmiş komandadan 13-ü artıq məlumdur:

“Şemrok Rovers” (İrlandiya), “Linkoln Red İmps” (Cəbəllütariq), KUPS (Finlandiya), “Drita” (Kosovo), “Borats” (Bosniya və Herseqovina), “Vikinqur” (İslandiya), “Kayrat” (Qazaxıstan), “Universitatya Krayova” (Rumıniya), “Riqa” (Latviya), “Klaksvik” (Farer adaları), “Flora” (Estoniya), “Larn” (Şimali İrlandiya), “Petrokub” (Moldova)

14-cü mümkün rəqib Uelsin TNS klubu ola bilər. Amma bu, Ermənistan çempionatının nəticələrindən asılıdır. Çempionluq uğrunda “Ararat-Armenia” və “Noa” mübarizə aparır. “Ararat-Armenia” çempion olsa, TNS səpələnmişlər sırasına düşəcək və “Sabah”ın mümkün rəqiblərindən biri olacaq. “Noa” çempion olacağı halda isə reytinqinə görə TNS-i üstələyərək, onun yerini tutacaq. Lakin UEFA Azərbaycan və Ermənistan klublarını püşkatmada ayırdığı üçün “Sabah”ın ermənilərlə qarşılaşmaq ehtimalı yoxdur.

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması iyunun 16-da keçiriləcək. Oyunlar isə iyulun 7/8-də və 14/15-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button