
“Sabah”ın Çempionlar Liqasında bütün potensial rəqibləri – SİYAHI
“Sabah”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki bütün potensial rəqibləri məlum olub.
Komanda.az xəbər verir ki, “Sabah”ın son potensial rəqibi TNS (Uels) komandasıdır.
Beləliklə, püşkatmada səpələnməmişlər arasında yer alacaq “Sabah”ın 14 potensial rəqibinin hamısı müəyyənləşib:
“Şemrok Rovers” (İrlandiya), “KuPS” (Finlandiya), “Drita” (Kosovo), “Linkoln” (Cəbəllütariq), “Boraç” (Bosniya və Herseqovina), “Vikinqur” (İslandiya), “Kayrat” (Qazaxıstan), “Universitatya Krayova” (Rumıniya), “Larne” (Şimali İrlandiya), “Riqa” (Latviya), ” Klaksvik” (Farer adaları), “Flora” (Estoniya), “Petrokub” (Moldova) və TNS (Uels).
Çempionlar Liqasının 1-ci seçmə mərhələsinin püşkatması 16 iyunda keçiriləcək və oyunlar 7-8 iyul və 14-15 iyul tarixlərində keçiriləcək.
Bizi Facebook-da izləyin



