Azərbaycanda oynamış futbolçu: “Orda özümü xoşbəxt hiss etmirdim”

Bir müddət əvvəl “Sabah”dan ayrılan Rocer Roxas açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı honduraslı futbolçu, Azərbaycandakı çıxışı ilə bağlı bunları deyib:

“Azərbaycanda oynayırdım. Ordakı ab-hava da, komanda da xoşuma gəlmədi. Orda özümü xoşbəxt hiss etmirdim”.

Roxas “Sabah”a 2019-cu ilin avqustunda keçmişdi. O, “Sabah”da keçirdiyi 13 oyunda (11 Premyer Liqa, 2 ölkə kuboku) 2 qolla yadda qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button