“Sabah”da yeni məşqçi təyinatları

“Sabah”ın əvəzedici komandasında yeni məşqçi təyinatları gerçəkləşib.

Komanda.az xəbər verir ki, son mövsümdə əsas komandada çıxış etmiş Bəxtiyar Soltanov bundan sonra “Sabah-2”-də köməkçi məşqçi kimi fəaliyyət göstərəcək. Sabiq yarımmüdafiəçi 2018/19 mövsümündə (Premyer Liqa və ölkə kubokunda) 15 oyun keçirib, 2 qol vurub.

“Sabah-2”-də qapıçı məşqçisi postu isə Rauf Mehdiyevə həvalə olunub. Mehdiyev daha öncə “Simurq”da, həmçinin əsas, U-19 və U-17 millilərimizdə çalışıb.

Xatırladaq ki, əvəzedici komandanın baş məşqçisi Rövşən Babayevdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button