“Sabah” rəsmisindən Diniyev qardaşları ilə bağlı açıqlama

Hendrik Ekşteyn və Rocer Roxasla yollarını ayıran “Sabah” klubunun daha iki futbolçu ilə vidalaşacağı haqda xəbər yayılıb.

Komanda.az xəbər verir ki, mətbuatda yayılan xəbərlərə görə, baş məşqçi Jelko Sopiç Coşqun və Kərim Diniyev qardaşlarının xidmətində maraqlı deyil və onlarla yolların ayrılmasını istəyib.

Məsələylə bağlı klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. Klub rəsmisi bu xəbəri təkzib etdi:

“Yazılanlar həqiqəti əks etdirmir. Baş məşqçimiz Jelko Sopiçin adı çəkilən futbolçulardan narazılığı yoxdur. Həm Kərimin, həm də Coşqunun bizimlə müqaviləsi var və onlar komandada qalırlar”.

Xatırladaq ki, Coşqun və Kərim AFFA Məşqçilər Komitəsinin üzvü, Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Şahin Diniyevin oğullarıdır.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button