“Sabah” Amin Seydiyevin müqaviləsinin müddətini açıqladı

“Sabah” “Qəbələ”dən Amin Seydiyevi transfer etdiyini rəsmən açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, gənc müdafiəçi Amin Seydiyevin keçidi ilə bağlı “Qəbələ” klubuyla razılıq əldə olunduğu bildirilib. 21 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. Müqavilə 2019/20 mövsümünün ardından qüvvəyə minəcək.

Amin Seydiyev “Qəbələ” Futbol Akademiyasının yetirməsidi. O, 2017/18 mövsümündən bu klubun əsas komandasında çıxış edir. Gənc müdafiəçi Azərbaycan U-21 millisinin üzvüdü.